Topaz Premyer Liqasının 2-ci turunda Zaqatalada yerli “Simurq”un qonağı olan AZAL ilk hissədə buraxdığı iki qolla qarşılaşmadan məğlub ayrıldı. "Təyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov yenilginin səbəblərini açıqlayıb:
“İlk turdan fərqli olaraq, bugünkü oyunda mübarizə aparıb qələbə qazanmaq istəyirdik. Lakin görünür ki, əsas heyətin iki üzvünün olmaması oyunumuza təsir etdi. İlk 35 dəqiqədə komanda, sanki, özündə deyildi, son 10 dəqiqəsində isə özünə gəldi. Hər halda, “Simurq”u layiqli qələbə ilə təbrik edirəm. İkinci hissədə Kordobanın qol imkanı oldu, lakin epizoddan istifadə edə bilmədi. Mövsüm uzundur, qarşıdakı oyunlara baxacağıq. Legioner oyunçular komandaya tam uyğunlaşmayıb. Yaxın günlərdə daha bir hücumçu da komandamıza cəlb olunacaq. Öz oyunumuzu göstərmək bizə müəyyən vaxt lazımdır”.
Fanat.az