Tərlan Əhmədov: "...komandadan bu gün əsər-əlamət yox idi"

Tərlan Əhmədov: "...komandadan bu gün əsər-əlamət yox idi"

"Belə oyun haqda danışmağa çox söz olmur. 3 elə səhv etdik ki... Çalışacağıq ki, oyunumuzudüzəldək".

 

 

 

Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının XVturu çərçivəsində "Səbail”ə öz meydanında 0:3 hesabıyla uduzan "Keşlə”nin çalışdırıcısı Tərlan Əhmədov deyib. Əhmədov yenilgiyə qısa şərh verib və media mənsublarının sullarını cavablandırıb:

- Məğlubiyyətinizdə futbolçu itkilərinin nə dərəcədə rolu oldu?

- Rəqibə qollar hədiyyə etdik. Bu, mənim üçün də gözlənilməz oldu. Slavik Alxasovun və Nikola Mitroviçin olmadığı bilindi. Hazırlıq prosesindəki komandadan bu gün əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda bunun olması daha yaxşıdı. Sonda belə hal bizi daha pis vəziyyətə qoya bilərdi. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq. Oyundan-oyuna komandamızı görəcəksiz.

- Bu gün Kamran Ağayevə nə olmuşdu?

- Komandada yeni oyunçular var idi. Müəyyən həyəcanın olması normaldı. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacağıq.

- "Zirə"nin uduzması sizə psixoloji cəhətdən təsir etdimi?

- Futbolçularıma qadağa qoymuşam ki, heç bir komandanın oyunu ilə maraqlanmasınlar. Bizi yalnız öz matçımız maraqlandırır.

 

 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər