Yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL Bakı toplanışı çərçivəsində üçüncü oyununu keçirib. Fanat.az xəbər verir ki, "təyyarəçilər"in rəqibi I divizion təmsilçisi “Neftçala” olub.
Oyun "Neftçala"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. AZAL 0:2 hesabı ilə geri düşdükdən sonra sonra Aydın Qasımovun qoluna sevinib.
AZAL oyunu bu heyətlə keçirib: Stanislav Namaşko (Ruslan Məcidov, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 65), Tural Nərimanov, Asif Mirili (Kərim Diniyev, 58), Xuan Fransisko (Şəhriyar Rəhimov, 46), Valeri Kutsenko, Valid Xadraui (Orxan Lalayev, 36), Hüseyn Mehrəzman (Elmin Çobanov, 36), Aydın Qasımov, Təmkin Xəlilzadə, Vladislav Çeçelenko (Viktor İbekoyi, 36).
Qeyd edək ki, bundan öncə Azərbaycan tələbələr yığması (3:0) və “Rəvan” (3:0) ilə qarşılaşan AZAL Bakı toplanışı çərçivəsində sonuncu oyununu iyulun 13-də keçirəcək. Bu görüşdəki sparrinq-rəqib hələ dəqiqləşməyib.
Fanat.az