Tərlan Əhmədov "Xəzər Lənkəran"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi bunları deyib:
"Qısa danışacağam. Komanda üçün hər bir qələbə çox vacibdi. Biz yaradılan qol epizodlardan yararlana bilmiriksə, uşaq səhvlərindən sonra qol buraxırıqsa, ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim. Bəzi səhvlər bağışlanmazdı. Belə hallar bizi bir sıra addımlar atmağa vadar edir. Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız".
Fanat.az