Tərlan Əhmədov heç-heçəni dəyərləndirdi

Tərlan Əhmədov heç-heçəni dəyərləndirdi

Tərlan Əhmədov "Rəvan"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi qələbə istəklərinin baş tutmadığını deyib:

“Hər iki komanda qalib gəlməyə çalışırdı. Son iki dövrədə komanda qələbə qazana bilməyib. Yalnız iki səfər oyununda heç-heçə etmişik. Bu gün 3 xalı qazanmaq istəyirdik. İlk hissədə futbolçularda həyacan hiss olunurdu. İkinci hissədə isə komanda istədiyimiz kimi oynadı. Hər iki komandanın qol imkanları oldu. Lakin təcrübəsizlikdən və ya çox istəkli olmaqdan qol vura bilmədik. Qarşıda “Simurq”la oyunumuz var. Zədəli və cəzalı futbolçular qarşıdakı oyuna kimi sıraya dönəcəklər. Laşa Kasradze bir hissəni zədəli oynadı. Komanda əlindən gələni etdi. Oyunumuz bizi bir az düşündürür”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər