AZAL Topaz Premyer Liqasının X turunda "Simurq"u qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətlərini açıqlayıb.
AZAL-ın çalışdırıcısı Tərlan Əhmədov "Bakı" matçı ilə müqayisədə heyətdə 6 dəyişiklik edib. Baş məşqçi Stanislav Namaşko, Orxan Lalayev, Novruz Məmmədov, Viktor İbekoyi, Təmkin Xəlilzadə və Tomi Kostadinovu "11-lik"dən kənarda saxlayıb. Əvəzində Ruslan Məcidov, Oskar Klava, Eltun Yaqublu, Kərim Diniyev, Konseysao Eduardo və Con Kordobaya ilk dəqiqələrdən oynamaq şansı verib.
"Simurq"un baş məşqçisi Georgi Çixradze məcburiyyətdən bir dəyişiklik edib. Belə ki, gürcü mütəxəssis sarı vərəqə limitini dolduran Benjamin Lambotu Rüstəm Məmmədov əvəzləyib.
Fanat.az