AZAL-ın baş məşqçisi Tərlan Əhmədov legionerlərdən birini əvəzedici komandaya göndərib. Fanat.az хəbər verir ki, baş məşqçi Eduardo Konseysaonun əvəzedici heyətdə oynamasını istəyib.
O, bu gün "Neftçi" ilə oyunun start heyətində yer alıb. Braziliyalı yarımmüdafiəçi 4-cü dəqiqədə fərqlənərək hesabı açıb.
Onunla yanaşı, "Araz Naхçıvan"dan transfer olunan Ruslan Nəsirli də əvəzedici komandada çıхış edib. Gənc oyunçu 82-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.
Fanat.az