Bu gün Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kurslarına start verilib. Fanat.az xəbər verir ki, dekabrın 7-dək davam edəcək kursa almaniyalı mütəxəssislər rəhbərlik edir.
Bunlar 17 yaşadək milli komandamızın baş məşqçisi Nikolay Adam və vaxtilə Mozambikdə texniki direktor, eləcədə Malayziyanın “Perak” komandasında məşqçi işləmiş Torsten Şpittlerdir
Kursun iştirakçıları arasında isə ölkə futbolunun tanınan simaları iştirak edir. Bunlardan Tərlan Əhmədov, Rafael Əmirbəyov, Aqil Məmmədov, Mahmud Qurbanov, Mirbağır İsayev və Şaban Şirdanovun adlarını çəkmək olar.
Fanat.az