Tərlan Əhmədov AZAL-da?

Tərlan Əhmədov AZAL-da?
Vaqif Sadıqovu istefaya göndərən AZAL artıq ona yeni əvəzləyici tapıb. “Təyyarəçilər” baş məşqçi postunu yenə yerli məşqçiyə tapşıracaq.
 
Vəli Qasımov, Nazim Süleymanov, Yunis Hüseynov kimi məşqçilərin adı AZAL-la yanaşı hallansa da, paytaxt kubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov komandanı “Neftçi” ilə bugünkü oyuna Sadıqovun köməkçisi Şakir Qəribovun çıxaracağını bildirir. Onun dediyinə görə, çox güman ki, hazırkı məşqçilər korpusu maya kimi postunda qalacaq. Yayda isə komandanın əcnəbi çalışdırıcıya tapşırılma ehtimalı var.
 
Amma gəzən söz-söhbətlərə, eləcə də klubdan verilən təkzib xarakterli informasiyalara baxmayaraq, bizdə olan bilgiyə görə, AZAL mövsümün qalan hissəsində oyunlara Tərlan Əhmədovun rəhbərliyi altında çıxacaq. “Neftçi”də Böyükağa Hacıyevin köməkçisi olmuş, onun istefasından sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirmiş, daha sonra Nazim Süleymanovla əvəzlənmiş gənc çalışdırıcının təyinatı yaxın günlərdə açıqlanacaq.
futbolinfo.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər