Topaz Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran”la oyunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. Fanat.az xəbər verir ki, 44 yaşlı mütəxəssis komandasının 1:3 hesabı ilə uduzduğu qarşılaşmada paytaxt təmsilçisini 50-ci çempionat oyununa çıxarıb.
Bunadək Premyer Liqada 49 görüşdə AZAL-a rəhbərlik edən Əhmədov 11 qələbə, 15 heç-heçəyə nail olubsa, 24-cü dəfə məğlubiyyətə üzülüb. Onun yetirmələri 44 qol vurub, 64-nü buraxıb.
2013/14 mövsümünün “Bakı” ilə ev oyununda (1:2) AZAL-ın baş məşqçisi postunda debüt edən çalışdırıcı bu vəzifədə 50-yə çatan 4-cü baş məşqçidi. Belə ki, 11-ci mövsümdü Premyer Liqada çıxış edən AZAL-a bu oyunlarda 10 məşqçi rəhbərlik edib. Onlardan yalnız üçü - Əsgər Abdullayev (87), Vaqif Sadıqov (63) və Nazim Süleymanov (53) paytaxt təmsilçisinin “sükanı arxasında” Əhmədovdan əvvəl 50-ni keçib.
| mövsüm | O | Q | H | M | T/F | X |
| 2013/14 | 10 | 0 | 5 | 5 | 4-11 | 5 |
| 2014/15 | 32 | 10 | 9 | 13 | 37-42 | 39 |
| 2015/16 | 8 | 1 | 1 | 6 | 3-11 | 4 |
| Cəmi | 50 | 11 | 15 | 24 | 44-64 | 48 |
Fanat.az