Tərlan Əhmədov: "3 xal bizim olar"

Tərlan Əhmədov: "3 xal bizim olar"

"Çox maraqlı oyun olacağını düşünürəm. Heyətlə bağlı problemlərimiz olsa da, bütün futbolçularımıza güvənirik”.

 

 

Bu sözləri Fanat.Az-a açıqlamasında "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib. Premyer Liqanın XX turu çərçivəsində "Sabah”ı qəbul edəcək komandanın çalışdırıcısı meydana gözəl oyun fonunda qələbə üçün çıxacaqlarını söyləyib:

"Uşaqlardan gözəl oyun gözləyirəm. Yaxşı oynamağı, 3 xal qazanmağı hədəfləmişik. Ümid edirəm ki, Allahın izni ilə 3 xal bizim olar”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər