"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İnyaki Penanın bütün mövsümü qapıda dayanacağını istisna etməyib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis "Xetafe" ilə oyunsonrası mətbuat konfransında belə deyib.
“Pena mövsümün sonuna qədər əsas qapıçı ola bilərmi? Niyə olmasın? O, “Xetafe” ilə oyunda çox yaxşı idi və qapısını təmiz saxladı. Bu, onun özünə inamı üçün yaxşı idi.
O ki qaldı yeni qapıçının alınmasına, vəziyyət dəyişməyib, gözləməliyik. Nə olacağını bilmirəm”.
Qeyd edək ki, əsas qapıçı Mark-Andre ter Ştegen dizindən aldığı ciddi zədə səbəbindən mövsümün sonuna qədər sıradan çıxıb. “Xetafe” ilə 7-ci turun matçında (1:0) klubun yetirməsi olan Pena qapıda durub.
Mirağa