Teo Ernandes əfsanəvi müdafiəçiyə çatdı

Teo Ernandes əfsanəvi müdafiəçiyə çatdı

Fransalı müdafiəçi Teo Ernandes "Milan"ın tarixinə düşüb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bunu A Seriyasının 6-cı turunun açılış matçında "Leççe"nin qapısına yol tapmaqla bacarıb.

3:0 hesabı ilə qalib gəldikləri görüşün 41-ci dəqiqəsində adını tabloya yazdıran Teo "Milan" forması ilə A Seriyasında 29-cu qolunu vuraraq klub tarixinin ən məhsuldar müdafiəçisinə - əfsanəvi Paolo Maldiniyə çatıb.

Maldini 647 qarşılaşmada 29 dəfə "qırmızı-qaralar"ın ölkə çempionatındakı rəqiblərini məyus edibsə, 2019-cu ildən "Milan"da top qovan Ernandes A Seriyasındakı 168-ci oyununda Paolonu haqlayıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər