Ötən mövsüm çempion olan forvard özünə klub tapa bilmir

Ötən mövsüm çempion olan forvard özünə klub tapa bilmir

Qışda "İmişli"dən ayrılaraq "Şəfa"ya keçən, 1-ci Liqada çempion olandan sonra Bakı təmsilçisi ilə vidalaşan hücumçu İbrahim Əliyevin aqibətinin necə olacağı qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, bir neçə klubla danışıq aparsa da, heç biri ilə razılığa gələ bilməyib.

Premyer Liqa təmsilçilərinin maraq göstərmədiyi ön xətt oyunçusu ona "qəpik-quruş" təklif edən "birincilər"ə "yox" deyib. Hazırda ölkə xaricindən cəlbedici çağırış almayan 27 yaşlı forvard yeni mövsümə harada başlayacağı böyük maraq doğurur.

Xatırladaq ki, mövsümün sonunda "Şəfa"nı çempionluğa daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmli ilə yollarını ayıran rəhbərlik komandanı "Zirə"nin akademiyasının sabiq koordinatoru Zaur Həşimova tapşırıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər