Ötən ilin 20 yaşadək avropalı futbolçulardan ibarət rəmzi komandasını açıqlayıb.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, "11-lik" 3-4-3 sxeminə uyğun qurulub.
Simvolik heyətə İspaniyadan 3, İngiltərədən 2 futbolçu düşüb:
Qapıçı: Sebastyano Deplanş (İtaliya).
Müdafiəçilər: Levi Koluill (İngiltərə), Antonio Silva (Portuqaliya), Alexandro Balde (İspaniya).
Yarımmüdafiəçilər: Qavi (İspaniya), Cud Bellingem (İngiltərə), Varren Zair-Emri (Fransa), Camal Musiala (Almaniya).
Hücumçular: Lamine Yamal (İspaniya), Rasmus Hoylund (Danimarka), Xavi Simons (Niderland).