Erik ten Haq bu həftə "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis üçün “Portu” (Avropa Liqası) və “Aston Villa” (Premyer Liqa) ilə qarşıdakı matçlar taleyüklü olacaq.
Məlumatı "Transfer News Live" yayıb. Mənbənin məlumatına görə, o, postundan qovulacağı halda, rəhbərlik Ruud van Nistelroyun namizədliyini nəzərdən keçirəcək. Plana görə, van Nistelroy müvəqqəti olaraq “qırmızı şeytanlar”a rəhbərlik edəcək. Özünü doğrultsa, MY-nin sabiq forvardının baş məşqçi kimi təsdiqlənməsi də mümkündür.
Ruud van Nistelrooy hazırda Erik ten Haqın məşqçilər korpusunda yer alır.
Qeyd edək ki, 6 oyuna 7 xal toplayan "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 13-cü pilləsində yer alır.
Mirağa