Ten Haq Harri Keynə göz dikib

Ten Haq Harri Keynə göz dikib

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Harri Keyni komandasında görmək istəyir. 

Fanat.Az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb. 

Hücum xəttini günləndirməyi planlaşdıran mütəxəssis "Tottenhem"in 29 yaşlı forvardını bu yay transfer etməyi planlaşdırır. 

Qeyd edək ki, İngiltərə millisinin üzvünün klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. Carı mövsüm Keyn İPL-də 26 matçda meydana çıxıb, 18 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər