Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Gianni De Biasinin başçılıq etdiyi komanda İslandiyanın qonağı olub.
Oyun islandların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Albaniya yığmasının baş məşqçisi "Qarabağ"ın 2zvü Admir Teliyə start heyətində şans verib. Futbolçu 90 dəqiqə meydanda olub və 78-ci dəqiqədə sarı vərəqə alıb. "Qarabağ"ın digər üzvü Ansi Aqolli isə "18-liy"ə düşməyib.
Fanat.az