Ölkə çempionu “Qarabağ” gözlənilən addımı atıb. Fanat.az xəbər verir ki, ağdamlılar Ulriş Kapolonqo və Tiflis “Dinamo”sundan qışda icarəyə götürülən Caba Dvali ilə müqavilə müddətini artırmağa ehtiyac duymayıb.
Albaniyalı müdafiəçilər Admir Teli və Ansi Aqoli isə daha bir il Ağdam təmsilçisinin uğurları üçün tər tökəcək.Albanlarla müqavilələrin müddəti uzadılıb.
Xatırladaq ki, Kapolonqoyla Dvalinin göndəriləcəyi ilə bağlı ilk xəbəri Fanat.az yaymışdı.
Fanat.az