Tələbələr arasında Avropa Universitet Oyunları start götürüb

Tələbələr arasında Avropa Universitet Oyunları start götürüb

İyulun 15–də İtaliyanın Salerno şəhərində tələbələr arasında Avropa Universitet Oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, iyulun 25-dək davam edəcək Oyunlarda Azərbaycanı futzal yarışlarında İdman Akademiyasının (ASA) komandası təmsil edir.

İyulun 15-də İtaliyaya yola düşən kollektiv ilk matçda Almaniya komandasını 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, komandanın Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, eləcə də ASA-nın dəstəyilə həyata keçirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər