Təhdidlərə görə Braziliya millisindən imtina etdi

Təhdidlərə görə Braziliya millisindən imtina etdi

"Mançester Siti"nin futbolçusu Fernandinyo Braziliya millisində oynamaqdan imtina edib. Fanat.Az xəbər verir ki, bunu "El Espanyol"a açıqlamasında "pentakampionlar”ın baş məşqçisi Tite deyib.

O, 33 yaşlı yarımmüdafiəçinin DÇ-2018-dən sonra ailəsinin ünvanına yönəlmiş təhdidlərlə üzündən yığmada oynamaq istəmədiyini bildirib: "Fernandinyo milliyə çağırmaq istədiyim birinci futbolçudur. Ancaq onun ailəsi azarkeşlər tərəfindən təhqir və təhdid olunub. O, yaxınlarına da söz verib ki, bir daha yığmaya qayıtmayacaq. Amma ümid edirəm ki, onun son qərarı deyil". Qeyd edək ki, Fernandinyo dünya çempionatının 1/4 finalında Belçikaya 1:2 hesabı yenildikləri matçda avtoqolla yadda qalıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər