İran çempionatında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Peykan”la qarşılaşıb. Təbriz klubu bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb - 2:2.
14 oyuna cəmi 5 xal toplayan "Maşinsazi” 16 kollektiv arasında son pillədə qərarlaşıb. Təbrizin daha məşhur "Traktor” klubu isə 19 xalla 8-cidir.