Təbriz Həsənov: "Çatışmazlıqlarımız var"

Təbriz Həsənov: "Çatışmazlıqlarımız var"

"Komandada yorğunluq var idi. Oyun istədiyimiz tempdə alınmasa da, lazım olan nəticəni əldə etdik. Qarşımıza birinci yer tutmaq məqsədi qoymuşduq və buna nail olduq. Əlbəttə, deməzdim ki, hər şey yaxşıdı". Fanat.az xəbər verir ki, bu sözləri Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirində bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan və Yunanıstan yığmaları arasında keçirilmiş oyundan (3:0) sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov deyib. 

Baş məşqçi çatışmazlıqların olduğunu etiraf edib: "Çatışmazlıqlarımız var. Bunu hər üç oyunda gördük. Növbəti toplanışlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Fiziki hazırlığımızı artırmalıyıq. Müdafiədən yarımmüdafiəyə, yarımmüdafiədən hücuma keçəndə ləngimələr olur. Bundan sonra həm seleksiya işini davam etdirəcəyik, həm də komandanın texniki-taktiki hazırlığını yüksəldəcəyik".

S"evindirici haldı ki, məşqlərdə üzərində çalışdığımız standart vəziyyətlərin bəhrəsini gördük. Bu komanda ilə belə qollar çox vurmuşuq. Heyətdə başla dəqiq oynayan uşaqlar var. Çalışırıq ki, onların bu xüsusiyyətini daha da təkmilləşdirək. Eyni zamanda, standart vəziyyətlər zamanı necə müdafiə olunmağı və futbolçuların hansı mövqedə dayanmalı olduğunu başa salırıq. Ancaq bu istiqamətdə nə qədər hazırlıq keçsək belə, yenə də çatışmazlıqların olduğu belə turnirlərdə üzə çıxır", deyə Həsənov bildirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər