Tarixində ilk dəfə Super Liqada

Tarixində ilk dəfə Super Liqada

Türkiyə Super Liqasına yüksələn sonuncu komandanın adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, bu, "Alanyaspor”la "Adana Dəmirspor” komandaları arasında keçirilən pley-off matçında sonra bəlli olub.

Qarşılaşmanın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxtlara ehtiyac duyulub. Ancaq 30 dəqiqə ərzində komandalardan fərqlənən olmayıb. Penaltilər seriyasında isə "Alanyaspor" rəqibindən üstün olub. Bununla da Alanya təmsilçisi tarixində ilk dəfə Super Liqaya yüksəlib.

Qeyd edək ki, "Alanyaspor"dan başqa geridə qalan mövsümü PTT 1-ci Liqada keçirən "Adanaspor” və "Karabükspor” da eyni xoşbəxtliyi yaşayıb.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər