Avropa Liqasının qrup mərhələsinin ötən gecə baş tutan 3-cü turunun oyunları Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki mövqeyini dəyişməyib. Fanat.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki yerini qoruyub.
Bildiyiniz kimi, avrokuboklardakı yeganə təmsilçimiz"Qarabağ" Avroliqanın qrup mərhələsində növbəti oyununu keçirdi. “Köhlən atlar” səfərdə Ukrayna "Dnepr"i ilə qarşılaşdı və Azərbaycan futbolunda yeni tarix yazaraq, qrup mərhələsindəki ilk qələbəmizi rəsmiləşdirdi - 1:0. Təmsilçimizin bu qələbəsi ölkəmizin əmsal ehtiyatını zənginləşdirdi. Ağdamlılar Azərbaycanın adının önünədaha 0,500 əmsal yazdırmış oldu.
Hazırda 54ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 12,000 əmsal var ki, onun da 3,125-icari mövsümdə qazanılıb. Bunun 1,750-si"Qarabağ"ın, 0,750-si "İnter"in, qalan 0,625 əmsal isə "Neftçi"nin sayəsində yığılıb. Qeyd edək ki, təsnifat mərhələlərində hər zəfər 0,250, bərabərlik 0,125 əmsalla qiymətləndirilirsə, qrup mərhələsində qələbə Azərbaycana 0,500, heç-heçə isə 0,250 əmsalverir.
Fanat.az