Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 4 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Rusiya millisinin ilk rəsmi görüşü
1911-ci ilin bu günü futbol üzrə Rusiya millisi Sankt-Peterburqda "Nevski" futbol klubunun meydanında ilk rəsmi yoldaşlıq oyununu keçirib. İngiltərə yığması ilə görüş qonaqların 11:0 hesablı qələbəsi ilə başa çatıb.
Bundan əvvəl isə komanda Sankt-Peterburq yığması olaraq çıxış edirdi. Sonradan Moskva şəhərindən də bir neçə futbolçu cəlb edərək vahid Rusiya İmperiyasının milli komandası formalaşdırılıb.
Rusiya İmperiyası yığması
İlk UEFA Avropa Çempionlar Kuboku (ÇL) oyunu
4 avqust 1955-ci ildə ilk UEFA Avropa Çempionlar Kuboku (indiki Çempionlar Liqası) oyunu keçirilib. Lissabonun "Sportinq" klubu doğma meydanda Belqrad "Partizan"ını qəbul edib. Görüş 3:3-lük heç-heçə ilə başa çatıb.

Avropanın əsas klub turniri fransız idman jurnalisti, "L'Equipe" nəşrinin redaktoru Qabriel Ano (Gabriel Ano) tərəfindən təşkil edilib.
Bu gün UEFA ÇL Avropanın ən uğurlu layihəsidir. Bu turnirə nə azarkeşlər, nə də sponsorlar tərəfindən maraq azalmır.
Emin Şəmsiyev