Tarixdə bu gün: İtaliyanların ad günü

Tarixdə bu gün: İtaliyanların ad günü

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 19 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:

Romarioya ucaldılan abidə

Tarixdə bu gün: İtaliyanların ad günü

19 avqust 2007-ci ildə braziliyalı hücumçu Romarionun Rio-de-Janeyrodakı "San Januario" stadionunda abidəsi ucaldılıb. 20 may 2007-ci ildə "Vasko da Qama"da oynayan məşhur hücumçu milli çempionat matçında mininci qolunu məhz bu arenada vurub.

Çezare Prandelli (Cesare Prandelli)

Tarixdə bu gün: İtaliyanların ad günü

19 avqust 1957-ci ildə  tanınmış italiyalı futbol mütəxəssisi, futbolçu olaraq - Avropa Çempionlar Kubokunun qalibi (1985), Kuboklar Kubokunun qalibi (1984), UEFA Super Kubokunun qalibi (1984), 3 qat İtaliya çempionu (1981, 1982, 1984), İtaliya Kubokunun qalibi (1983), məşqçi olaraq - Avropa çempionatının gümüş mükafatçısı (2012), Konfederasiyalar Kubokunun bürünc mükafatçısı (2013), "Qızıl dəzgah" mükafatının 2 qat qalibi (2006, 2007), İtaliyada ilin məşqçisi (2009) Çezare Prandelli dünyaya gəlib.

Marko Materatsi (Marco Materazzi)

Tarixdə bu gün: İtaliyanların ad günü

1973-cü ilin bu günü daha bir İtaliyalı futbolçu - Marko Materatsi  dünyaya gəlib. Müdafiəçi karyerasının ən parlaq dövrünü İtaliyanın "İnter" klubunda mkeçirib.

Futbolçunun nəaliyyətləri: Dünya Çempionu (2006), Çempionlar Liqasının qalibi (2010), Klublararası Dünya Çempionatının qalibi (2010), 5 qat İtaliya çempionu (2006, 2007, 2008, 2009, 2010), 4 dəfə İtaliya Kubokunun qalibi (2005, 2006, 2010, 2011), 4 dəfə İtaliya Super Kubokunun qalibi (2005, 2006, 2008, 2010), İtaliyada İlin Müdafiəçisi (2007).

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər