Tarasova rekord cəza

Tarasova rekord cəza

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində İstanbulda keçirilən "Fənərbaxça" - "Lokomotiv" matçından sonra qonaqların futbolçusu Dmitri Tarasovun üzərində Rusiya prezidenti Vldimir Putinin şəkili olan maykanı nümayiş etdirməsi ona baha başa gəlib. Fanat.az xəbər verir ki, rusiyalı oyunçu klub tərəfindən 300 min avro məbləğində cərimələnib.

Məlumatı Rusiya mətbuatı yayıb. Yayılan məlumata görə, bu, "Lokomotiv"in tarixində rekord cərimədi. Bundan başqa UEFA-nın verəcəyi cəza da Tarasovun maaşından ödəniləcək. Eyni zamanda futbolçu fevral ayında alacağı mükafatlardan da məhrum olub.

Qeyd edək ki, sözügedən qarşılaşma 2:0 hesabı ilə "Fənərbaxça"nın xeyirinə başa çatıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər