Tanınmış türk "Xan Lənkəran"ın baş məşqçisi oldu

Tanınmış türk "Xan Lənkəran"ın baş məşqçisi oldu

"Xan Lənkəran"ın yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az Region Liqası təmsilçisinin mətxbuat xidmətinə istinadən xəbər verir ki, komandanı türkiyəli mütəxəssis İbrahim Uzunca çalışdıracaq.

2011-2012-ci illər aralığında "Bakı"nın farm-klubu "Lokomotiv Biləcəri"nin baş məşqçisi olan Uzunca 2014/2015 mövsümündə fəaliyyətini məlum səbəbdən dayandıran "Bakı"nı çalışdırıb. 2019-cu ilin avqustunda Quba "Şahdağ"ı ilə 3 illik müqavilə imzalayan mütəxəssis 4 ay sonra aşağı liqa təmsilçisindəki maliyyə problemi üzündən postundan ayrılmalı olub.

Qeyd edək ki, "Xan Lənkəran"ın baş məşqçisi İqbal Babayev və köməkçisi Cəfər Mirzəyev dünən istefaya göndərilib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər