Tanınmış məşqçiyə ölümcül diaqnoz qoyuldu

Tanınmış məşqçiyə ölümcül diaqnoz qoyuldu

Futbol üzrə Rusiya milli komandasının keçmiş məşqçisi Boris İqnatyevə xərçəng diaqnozu qoyulub. Fanat.Az xəbər verir ki, bu barədə "Shot" " Telegram" kanalı məlumat yayıb. Mənbənin məlumatına görə, 84 yaşlı mütəxəssis kəskin nəfəs darlığı və döş qəfəsində ağrı şikayətləri ilə həkimlərə müraciət edib. Diaqnostika zamanı həkimlər  keçmiş məşqçinin mədəsində şiş olduğunu müəyyən ediblər. Eyni zamanda İqnatyevin  ürəyində ciddi problemlər aşkarlanıb. Bu səbəbdən həkimlər  İqnatyevə əlavə terapiya təyin ediblər. Xatırladaq ki, Boris İqnatyev Rusiya millisinə 1992 - 1996-cı illərdə rəhbərlik edib. Bundan başqa, mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-İttihad”, Çinin “Şandunq Luen”, “Moskva Torpedo”, “Ramenskoye Saturn” və digər komandalarda işləməyi bacarıb". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər