Tanınmış İtaliya klubu müflis elan olundu

Tanınmış İtaliya klubu müflis elan olundu

İtaliyanın "Kataniya" klubu yerli şəhər məhkəməsinin qərarı ilə müflis elan olunub.

Fanat.Az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisinin apellyasiya şikayəti vermək üçün 30 gün vaxtı var.

"Fillər" bu müddət başa çatanadək C seriyasında çıxışını davam etdirəcək.

1908-ci ildə "Pro Patriya" adı ilə yaradılmış klub 1946-cı ildən "Kataniya" adlanır. A Seriyasında 14 mövsüm keçirmiş komanda sonuncu dəfə 7 il əvvəl elitada mübarizə aparıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər