Tahir Yusifov koronavirusdan vəfat etdi

Tahir Yusifov koronavirusdan vəfat etdi
"Turan" futbol klubunun keçmiş prezidenti Tahir Yusifov vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Turan Tovuz" klubunun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Klub onun ölüm səbəbini açıqlamayıb. Lakin keçmiş funksioner bir müddət öncə koronavirusa yoluxub. Bu isə onun səhhətinin pisləşməsinə gətirib çıxarıb. "Tatan" ləqəbli iş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, iş adamı Tahir Yusifov "Taimex” şirkətinin və "Ağsu” araq zavodunun sahibidir. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər