Tahir Süleymanov istefa verib?

Tahir Süleymanov istefa verib?

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov istefa verməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

""Neftçi"də heç kim istefaya getmir. Komanda mövsümü çox uğurlu şəkildə başa vurdu – çempion oldu, kuboku qazandı. Belə mövsümdən sonra necə istefa ola bilər? Məni düz başa düşün: istefalar adətən uğursuzluqla üzləşən klublarda baş verə bilər. Hazırda biz heyəti daha da gücləndirmək haqda düşünürük. Bu cür xəbərləri yayanlar “Neftçi”ni sevməyənlər, gözü götürməyənlərdi. Gələcəkdə ola bilər mən burda olmayım. Amma indi ancaq komandanın uğurları haqda düşünürəm".

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər