“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Xəzər Lənkəran”la matçın fasiləsində jurnalistlərə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Öncə “Dnepr” üzərindəki son qələbənizdən başlayaq...
- Öncəliklə hər birinizi xoş gördük. “Dnepr” çox güclü komanda idi. Özünüz də gördünüz. Şükür, imkan düşdü və biz də həmin inkanı dəyərləndirib qələbə qazandıq. Rəqibin cəzalı olması da işimizə yaradı. Çünki stadiondan ancaq Azərbaycan, “Qarabağ” sədalarının gəlməsi də bizə əlavə güc verdi. Buna görə çox sevindim. Amma tam sevinmək üçün hələ çox tezdir. Çünki Bakıda cavab matçımız olacaq və bütün Azərbaycanı həmin oyunda bir olmağa çağırıram. Güman edirəm ki, həmin oyundan da 3 xalla ayrılsaq, növbəti mərhələyə yüksəlmək üçün əla şans əldə edəcəyik. Sizdən bir xahişim də var. “Dnepr”lə oyunda bu stadion dolmalıdır və bu da sizdən aslıdır. İnanın ki, bu dəqiqə dünyanın ürəyində, fikirklərində biz Qarabağı almışıq. Bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.
- “Xəzər Lənkəran”la matç haqqında nə deyərdiniz?
- İlk növbədə Qurban Qurbanovu cəsarətinə görə təbrik edirəm. Çünki riskə gedərək, əsas heyəti ehtiyatda saxlayıb daha çox gənclərə yer verdi. Nəticəsi də yaxşı oldu. Amma hələ ilk hissə geridə qalıb və qarşıda ikinci hissə olduğu üçün indidən nə isə deməık istəmirəm. Çünki futbolda öncədən arxayınlaşmaq olmaz. Yadımdadır, bir dəfə “Fənərbağça” hansısa qarşılaşmada 0:3 geri düşdüyü oyunu sonradan 4:3 qazanmışdı.
- “Qarabağ”ın Avropa Liqasının qrupunda oynayacağına inanırdınız?
- Futbol həyat kimidir. Onun da bilinməz tərəfləri var. Amma inam əlbəttə var idi. Yadınızdadırsa bir dəfə jurnalistlərlə görüşdə belə bir söz demnişdim ki, yetər artıq özümüzü aşağılarda gördüyümüz. Sizə deyim ki, bu gün “Qarabağ” əsl Avropa futbolu oynayır. Təbii, çatışmamazlıqlar da var. Amma bu çatışmamazlıqlar Qurban Qurbanovla bağlı deyil. Biz ilk növbədə futbolumuzu daha da qaldırmaq üçün infrastrukdur qurmalıyıq, yeni meydançalar, bazalar tikməliyik, uşaq futbolunu inkişaf etdirməliyik.
- Yeri gəlmişkən, “Qarabağ”ın Suraxanıdakı bazası nə zaman hazır olacaq?
- Biz uyğun vaxt təyin edib siz jurnalistləri də ora dəvət edəcəyik və özünüz gəlib hər şeyi gözünüzlə görəcəksiniz. İlkin mərhələ 2015-ci ilin yanvarında başa çatacaq. Meydançalar tam olaraq gələn ilin yayında hazır olacaq. Bunun da səbəbi odur ki, biz qazonları xaricdən gətirməyəcəyik. Çünki xaricdən gələn qazonların ömrü 2 ay olur. Biz istəyirik ki, özümüz otu əkib özümüz qulluq edib böyüdək. Bu isə bir az zaman alacaq.
- Stadionun tutumu nə qədər olacaq?
- 5500 nəfər.
- Əgər Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazansanız yeni transferlər olacaq?
- Əgər baş məşqçimiz gərək bilsə mütləq.
- Gələcəklə bağlı planlarınızdan belə başa düşdük ki, Qurban Qurbanovla uzun illər birlikdə çalışmaq istəyirsiniz. Deməli, onu milliyə buraxmaq fikriniz də yoxdur...
- Baxın, orda incə bir məqam var. Məşqçi kimi Qurban Qurbanovun uğurlarını görmüşük. Amma bir şeyi də unutmayın ki, çempionluq üçün biz 6 il səbr etdik, dözdük, baş məşqçimizin arxasında dayandıq. Qurban Qurbanovla bizi futboldan əlavə, insanı keyfiyyətlər də bağlayır. Ona görə də biz istəyirik ki, Qurban Qurbanov ikinci Aleks Ferqyusson olsun. Ferqyusson “Mançester Yunayted” üçün kim olubsa, Qurban Qurbanov da “Qarabağ” üçün o olsun. Ancaq Qurbanov müstəqil insandır. Əgər o, milliyə getmək istəsə biz, onun qarşısını kəsməyəcəyik.
- Ancaq çoxları Qurbanovun milliyə getməsini istəmir. Çünki hər kəs bu fikirdədir ki, Qurbanov indiki AFFA rəhbərliyinin qurduğu sistemndə gedib işləsə biz onu itirəcəyik. Ona görə elə “Qarabağ”da qalıb bu klubu daha pik nöqtəyə çatdırması yaxşı olardı...
- Əlbəttə ki, mənim də arzum sözsüz ki, Qurbanovu “Qarabağ”da görməkdir. Bunu bəribaşdan açıqlayıram. Bununla belə, qoy, Qurban Qurbanov özü qərar versin.
- Avropa Liqasının qrup mərhələsi start götürəndən bu yana futbolçularınızla Avropa klublarından maraqlanan olub?
- Bu günə qədər bizim futbolçularımıza Avropadan təkliflər olub. Vaqif Cavadovun “Tvente”yə gedişini xatırlada bilərəm. Amma konkret olaraq bu gündən söhbət gedirsə, hələ ki, rəsmi olaraq, heç bir futbolçumuza görə bizə təklif edən olmayıb.
- İllərdi Azərbaycan futbolundasınız. Azərbaycan millisinə yerli məşqçi təklif edərdiniz, yoxsa əcnəbi?
- Belə baxıram ki, AFFAn rəhbərliyi daha çox əcnəbi məşqçi istəyir. Mənim fikrim belədir ki, əsas olan məşqçinin yerli və ya əcnəbi olması yox, həmin seçimin düzgün olmasıdır. Qısa müddətli əcnəbinin gəlməsinə qarşı deyiləm. Gəlsin və bizə də nə isə öyrətsin. Amma bir şərtlə ki, gəlib bizdən biri olsun, Azərbaycanda yaşasın, bizim futbolumuzu yaxından izləsin. Özünü yuxarıdan aparmamalıdır. Daha əvvəllki dönəmlərdə də əsas çatışmamazlıq bu olub. Milliyə soyuq, laqeyd münasibət. Halbuki gələn məşqçi bura ömrünü qoymalıdır. Yoxda 3 aydan bir, 6 aydan bir gəlib-getmək doğru deyil.
rekord.az