"Qarabağ" vitse-prezidenti Tahir Gözəl "Totenhem"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, klub rəsmisi bunları deyib:
“Çox maraqlı və gözəl görüş idi. Start həyəcanından sonra “Qarabağ” özünə gəldi və yaxşı oyun sərgilədi. Əlbəttə rəqib çox güclü idi. Təəssüf ki, bir qolumuzun ofsaytdan vuruldu. Bəxtimiz gətirmədi. Əlimizdən gəlini etdik. Mübarizə apardıq. Qrupumuz çox çətin idi. Amma "Qarabağ" hər zaman qələbə şansı olan bir komandadı. Klubumla fəxr edirəm. Bu günkü oyunla fəxr edirəm. “Anderlext”lə son oyunumuz qalıb. Onu qazanmaq istəyirik. Nəticəyə nə qədər təsiri olacaq onu bilmirik. Düzü inanmıram, çox az şansımız var, ancaq ən azı səfərdən uğurla dönüb, motivasiya qazanmaq istəyirik. Mən “Qarabağ”ımla fəxr edirəm”.
Fanataz