Dünən "Qəbələ" ilə keçirilən oyunu canlı izləyən "Qarabağ"ın prezidenti Tahir Gözəl "İmarət" fan-klubunun işindən razı qalıb. Fanat.az xəbər verir ki, klub rəsmisi fan-kluba dəstək verməyə hazır olduqlarını deyib:
"İmarət" fan-klubunun gördüyü işlər heyranlıq hissi oyadır. Matç boyu komandamızı dayanmadan dəstəkləyən bütün azarkeşlərimizə və əsasən də "İmarət" fan-klubuna təşəkkür edirəm. Ümid edirəm ki, onların gördüyü iş nəticəsində həm səfər, həm də ev oyunlarımızda stadionları dolduracağıq. Yaxın gələcəkdə biz onlara hər tərəfli dəstək olmağa hazırıq. İşlərində uğurlar arzulayıram".
Fanat.az