Tahir Gözəl İsveçrəyə getdi

Tahir Gözəl İsveçrəyə getdi
Bu gün "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum olacaq. Bakı vaxtı ilə saat 15.00-da Azərbaycan çempionunu II təsnifat mərhələsində haznsı rəqiblə qarşılaşacağı müəyyənləşəcək.
Fanat.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərindəki püşkatmada klubun vitse-prezidenti Tahir Gözəl də iştirak edəcək. Bu dəfə də ənənəsinə sadiq qalan Tahir bəy artıq İsveçrədədi və püşkatamada "Qarabağ"ı təmsil edəcək.  
Tahir bəy bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Qarabağ"ın avrokuboklarda ölkəmizi təmsil etməsi böyük hadisədi. Mən şəxsən gəldim ki, komandaya uğur gətirsin. İnanıram ki, püşkün nəticəsi komandamız üçün faydalı olar. "Qarabağ"a güvənirəm və hər şeyin bizim üçün yaxşı olacağına inanıram".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər