Məlum olduğu kimi AFFA tərəfindən "Qarabağ"ın aşağı yaş qrupları üzrə komandalarına Con van Loen idman direktoru təyin edilib. Bir ay əvvəl Ağdai klubunun vitse-prezidenti Tahir Gözəlin iştirak etdiyi valideyinlərin də qatılımıyla tədbir keçirilmiş və hollandiyalı mütəxəssis ictimayyətə təqdim olunmuşdu. Həmin gün Tahir Gözəllə ayrılıqda görüşən Loen öz ideyaları və proqramı haqqında danışmış, ümumi perspektivlər müzakirələr olunmuşdu.
Fanat.az xəbər verir ki, Tahir bəy bu gün Loenla yenidən görüşüb. Hollandiyalı mütəxəssis 1 ay ərzində gördüyü işlər, müşahidələri və ümumi durum haqqında klub rəhbərinə məruzə edib. Hollandiya millisinin sabiq hücumçusunun veridiyi raportu incələyən Gözəllə söhbət 2 saat davam edib. Loen görüləcək işlər, lazımı dəyişikliklər, mövcud durum və problemlərlə bağlı danışıb, aşağı yaş qruplarının inkişaf konsepsiyası ilə fikir mübadiləsi aparalıb.
Holland məşqçini dinləyən Tahir bəy hər bir məsələni ayrılıqda tədqiq etmiş Loenlə bu tipli görüşlərin mütəmadi olaraq keçiriləcəyini və aşağı yaş qruplarının iş sisteminin təkmilləşməsi üçün mümkün lazımi çalışmaların həyata keçiriləcəyini bildirib.
Fanat.az