"Dünya çempionatının finalçısı olan ölkənin 3-cü ən güclü komandasına qarşı oynadıq. Komandamın oyunu xoşuma gəldi. Lakin qol vəziyyətlərindən yararlana bilmədik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
"Tvente" ilə oyundan sonra jurnalistlərə açıqlama verən klub rəsmisi qrupa düşə biləcəklərini bildirib: "Bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Burda bacarmadağımızı artıq Hollandiyada etməliyik. Mən "Qarabağ"a da, qrup mərhələsinə düşəcəyimizə də inanıram. Oyundan sonra da uşaqlara dedim ki, bu iş bitmədi, səfərdə bitirəcəyik. Çünki baxıram imkanımız, gücümüz var. Bunun üçün səfərdə qələbə qazanmaq lazımdı".
Tahir bəy Avropadakı soydaşlarımızdan dəstək istəyib: "Mən Avropadakı azərbaycanlıları, "Qarabağ"a ürək verən hər kəsi cavab görüşünə dəvət edirəm. Hətta 50-100 nəfər də olsalar, bizə bu dəstək lazımdı. Təki səsləri gur olsun. Mən dəvət edirəm, hamımız yığışaq və ürəyimizi, səsimizi "Qarabağ"ın qələbəsi naminə sərf edək".
Fanat.az