Tahir Gözəl Ağdamda söz verdi

Tahir Gözəl Ağdamda söz verdi
"Tvente", "Real Sosyedad", "Lion" kimi komandalar Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədi. Amma "Qarabağ" bunu bacardı". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
"Qarabağ" bu gün çempionluq kubokunu Ağdama aparıb. Doğma rayonda azarkeşlərlə keçirilən görüşdə çıxış edən Gözəl söz verib: "Söz verirəm ki, Qurban Qurbanov istəyəcəyi halda heyətə yeni futbolçular qatacağıq. Uğurumuzun davamını gətirməyə çalışağıq. Bunun üçün nə lazımdısa edəcəyik. Ağdamı Avropa Liqasında layiqli şəkildə təmsil etmək istəyirik".
Daha sonra komanda kuboku azarkeşlərin qarşısında göyə qaldırıb.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər