"Söz verirəm ki, müsbət dəyişiklikləri görəcəksiniz" - Tərlan Əhmədov

"Söz verirəm ki, müsbət dəyişiklikləri görəcəksiniz" - Tərlan Əhmədov

"Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov Gəncə təmsilçisinin çalışdırıcısı qismində ilk açıqlamasını verib.

Fanat.Az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis bu gün keçirilən təqdimat mərasimində belə danışıb: 

"Gəncə şəhərində futbol ənənəsi var. Şəhər futbolla yaşayır. Bura Azərbaycanın ən çox futbolçu yetişdirdiyi şəhərdir. Hamımız birlikdə çalışmalıyıq ki, bu adət-ənənə geri qayıtsın. Hər halda mən də bilirəm ki, uzun müddətdən sonra Premyer Liqaya qayıdan komandada hansı çatışmazlıqlar var. Amma bunlar bizim üçün bəhanə olmamalıdır. Biz öz işimizi görməliyik. Yaxşı nəticələr qazanıb, komandanın uğurunu, keçmişini özünə qaytarmalıyıq. Bir neçə dəfə demişəm ki, mənim sehirli çubuğum yoxdur. Hamılıqla – Gəncə şəhər İcra Hakimiyyəti, klubun İdarə Heyəti, veteranlar, fanatlar birlikdə bu komandanı qaldırmalıyıq. Birdən-birə heç bir uğur olmur. Amma sizə söz verirəm ki, zamanla siz komandada müsbət dəyişiklikləri görəcəksiniz. Bunun üçün görüləcək işlərimiz həddindən artıq çoxdur".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər