Svanadze razı və sevinclidi

Svanadze razı və sevinclidi

“Orenburq”la oyundan sonra “İnter”in baş məşqçisi Zaur Svanadze təlim-məşq toplanışını dəyərləndirib. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcü bunları deyib:

“Türkiyə toplanışı çərçivəsində son yoxlama matçını Rusiya Premyer Liqasının təmsilçisinə qarşı keçirdik. İki fərqli hissə oynadıq. İlk hissədə az sürətli oynadıq, ancaq qol vurmaq üçün yaxşı vəziyyətlərimiz oldu. Təəssüf ki, həmin anlarda sürətli hərəkət etmədik. İkinci hissədə, ötən matçlarda da olduğu kimi, sürəti artırdıq və oyunumuz alınmağa başladı. Yaxşı qol vəziyyətlərimiz oldu, doğrudur, həmin vəziyyətlərdən yararlana bilmədik. Rəqib komanda, demək olar, qapımıza iki dəfə zərbə endirdi, onlardan da biri qol oldu. Həmin qol da cərimə zərbəsindən vuruldu. Buna baxmayaraq, komanda özündə güc taparaq, hesab arasında fərqi aradan götürməyə müvəffəq oldu. Çox yaxşı kombinasiya qurdular və Pərdis Fərcad-Azad hesabı bərabərləşdirdi. Ümumilikdə, komandanın oyunundan razı qaldım. Çox yaxşı komandalarla qarşılaşdıq. Yoxlama matçlarının hamısında qalib də gələ bilərdik. Oyunlarda müdafiədə çox yaxşı oynadıq. Hücumlar təşkil edərək, rəqiblərin qapısı önündə təhlükəli vəziyyətlər də yaratmağa müvəffəq olduq. Ümumilikdə, toplanış komanda üçün faydalı oldu. Komandanın çempionatın ikinci yarısına nə qədər hazır olduğunu isə zaman göstərəcək. Bizi sevindirən məqamlardan biri də budur ki, toplanış zamanı heç bir futbolçu zədə almadı”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər