Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Fanat.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 4646 hərbi qulluqçu "Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Siyahıda idman jurnalisti, Offsideplus.az saytının əməkdaşı Daşqın Əziz də yer alıb.
Bundan əvvəl isə Daşqın Əziz "Döyüşdə fərqlənməyə görə" medalı ilə də təltif edilib.
Qeyd edək ki, İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatçıları sırasında yer alan gənc jurnalist "İlin döyüşkən jurnalisti" nominasiyasında da qalib olub.
Röya
Fanat.Az