UEFA-nın vitse-prezidenti Qriqori Surkis Krım məsələsinə dair mövqeyini açıqlayıb. Fanat.az xəbər verir ki, ukraynalı funksioner FİFA-nın qaydalarını xatırladaraq, Rusiyanı hədələyib.
Surkis Ukrayna Futbol Federasiyasının danışıqlara getməyə çağırmaqla yanaşı Rusiya Futbol İttifaqının ciddi sanksiyalarla üzləşəcəyini proqnozlaşdırıb: "FİFA və UEFA, habelə bu qurumların hüquqi strukturlarının problemin futbol konsitusiyasına uyğun həll edilməlidi fikrimə diqqət yetirəcəklərini düşünürəm. Normal insanlar üçün qeyri-qanuni hesab edilən şeylər qeyri-qanunidi. Qanun çərçivəsində ölkəmin mənafeini qoruyacam".
Qeyd edək ki, Krım məsələsi sentyabrın 18-də Rusiya Futbol İttifaqı və Ukrayna Futbol Federasiyasının prezidentlərinin iştirakı ilə UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək görüşdə müzakirə ediləcək.
Fanat.az