"Sürix"in qapıçısı: "Hamımız ÇL himnini eşitmək istəyirik"

"Sürix"in qapıçısı: "Hamımız ÇL himnini eşitmək istəyirik"

"Sürix"in qapıçısı Yanik Brexer İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Blick.ch" 29 yaşlı qolkiperin dediklərini belə çatdırıb: 

"Çempionlar Liqası üçün irəlidə uzun yol var. Hamımız o himni eşitmək istəyirik. Bunun üçün bugünkü qarşılaşmaya uğurlu start verməliyik. Oyunda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq".

Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər