Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Alanyaspor" komandası Çağdaş Atanla yolları ayırıb.
Məlumatı klubun rəsmi saytı yayıb. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Türkiyə çempionatında daha əvvəl "Kasımpaşa", "Kayserispor", "Adana Demirspor" və "Göztepe" baş məşqçiləri ilə vidalaşıb.