"Konyaspor"un baş məşqçisi İsmayıl Kartal istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.
60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2020-ci ilin sentyabrından Konya komandasını çalışdırırdı.
Qeyd edək ki, son turda səfərdə "Beşiktaş"a 0:1 hesabı ilə uduzan "Konyaspor" 22 oyundan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.