Türkiyə Superkubokunun sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, kubok uğrunda matçda son çempion "Fənərbaxça" kubokun sahibi "Qalatasaray"ı sınağa çəkib.
Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında isə "Fənərbaxça" 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Fənərbaxça" tarixi ərzində 9-cu dəfə Superkuboka sahib çıxıb. Son iki ildə bu rəqibini yenərək kuboka sahib çıxan "Qalatasaray" da 9 dəfə bu uğura imza atıb.
Fanat.az