Superkubokun qəhrəmanı danışdı

Superkubokun qəhrəmanı danışdı
"Yaxşı oyun keçdi. Biz layiqli qələbə qazandıq. Komandamızı və azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov deyib.
Son dəqiqədə qələbə qolunu (2:1) vuran millimizin üzvü buna görə çox sevindiyini bildirib: "Qələbə topunu vurduğum üçün çox sevinirəm. Ancaq kimin fərqlənməsinin fərqi yoxdu. Əsas komandanın qələbəsidi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər