Fransa Superkubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, dünən baş tutan matçda çempion PSJ və kubokun qalibi "Genqam" qarşılaşıb.
Oyun Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 8-ci dəqiqədə Zlatan İbrahimoviç açıb. İsveçli futbolçu 20-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək matçın nəticəsini müəyyənləşdirib.
Bununla da PSJ tarixində 4-cü dəfə Fransa Superkubokunun qalibi olub. "Genqam"ın isə ikinci cəhdi uğursuzluqla nəticələnib.
Fanat.az